- Baxış sayı: 14
- 05 Dekabr 2025 16:20
- Baxış sayı: 79
- Dekabr 05, 2025
- 0

İspaniya millisinin futbolçusu Lamin Yamal DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində Türkiyə yığması ilə səfər oyunundan sonra pasportunu itirib.
Allsport.az xəbər verir ki, bu barədə jurnalist Əmir Çətin “X” sosial şəbəkəsindəki səhifəsində məlumat yayıb.
Konya şəhərində keçirilən qarşılaşma qonaqların 6:0 hesablı darmadağınlı qələbəsi ilə başa çatıb. Mənbənin sözlərinə görə, Yamal paltardəyişmə otağında pasportunu axtarırmış və sənədi tapmadan stadionu tərk edib. Futbolçunun sənədi tapıb komanda ilə birlikdə evə uça bilib-bilmədiyi barədə məlumat verilmir.