Yamal pulsuz avtoqraf verə bilməyəcək

“Barselona”nın ulduz yarımmüdafiəçisi Lamin Yamal azarkeşləri üçün pulsuz avtoqraf verə bilməyəcək.

Allsport.az xəbər verir ki, 18 yaşlı futbolçu yaxın vaxtlarda öz avtoqrafı olan malların satışı ilə məşğul olan şirkətlə reklam müqaviləsi bağlayacaq. Şirkətin mallarının ucuzlaşmasının qarşısını almaq üçün oyunçudan azarkeşlər üçün pulsuz imza verməməsi istənilib.

Lamin Yamal gənc yaşına baxmayaraq, İspaniya millisi ilə Avropa çempionu, “Barselona” ilə isə la liqa çempionudur. Onun transfer dəyəri 200 milyon avro qiymətləndirilir.

Həmin kateqoriyadan