- Baxış sayı: 97
- 19 Noyabr 2024 22:39
- Baxış sayı: 97
- Noyabr 19, 2024
- 0
Yamaykalı çəkicatan Nayoka Klunis pis hava şəraiti səbəbindən Paris olimpiadasında iştirak etmək imkanını itirib. Allsport.az saytı xəbər verir ki, Yamayka atletika assosiasiyası (JAAA) Beril qasırğasının yaratdığı elektrik və internet kəsilməsi səbəbindən 28 yaşlı idmançının girişini vaxtında göndərə bilməyib.
Üstəlik, o, İdman arbitraj məhkəməsinə (CAS) onu oyunların iştirakçıları sırasına daxil etmək tələbi ilə müraciət etmiş, lakin CAS işin məhkəmənin yurisdiksiyasından kənarda olduğunu bildirərək, ondan imtina etmişdi.
Klunisin olimpiya kvotası ukraynalı İrina Klimetsin xeyrinə yenidən bölüşdürülüb. Eyni zamanda, BOK və dünya atletika federasiyasının idmançını 2024-cü il olimpiya oyunlarına qəbul etmələri üçün bütün səyləri göstərirlər.