- Baxış sayı: 38
- 22 Noyabr 2024 16:28
- Baxış sayı: 91
- Noyabr 21, 2024
- 0
İngiltərənin “Tottenhem” klubunun müdafiəçisi Yan Vertongen Azərbaycan çempionu “Qarabağ”ın da yer aldığı J qrupundan çıxmaq şanslarından danışıb. Allsport.az xəbər verir ki, o, bunları söyləyib:
“Qrupdan çıxmağı mümkün qədər tez təmin edəcəyimizi düşünürdüm. Çünki “Qarabağ”la səfər oyunundan sonra bizi “Çelsi” ilə çətin matç gözləyəcək. Bakıya bütün futbolçuların aparılmaması yaxşı olardı. Çünki çətin qarşılaşma öncəsi bəzi oyunçulara istirahət lazım olacaq. Üstəlik, heyətimizdə kifayət qədər zədəli futbolçu da var”.
Qeyd edək ki, “Qarabağ” – “Tottenhem” matçı noyabrın 26-da Tofiq Bəhramov adına respublika stadionunda keçiriləcək.