“Yanq Boyz” “Qarabağ”la səfər oyununa da ciddi itkilərlə çıxacaq

İsveçrənin “Yanq Boyz” klubu Avropa Liqasının pley-off mərhələsi çərçivəsində “Qarabağ”a qarşı keçirəcəyi cavab matçına da ciddi itkilərlə çıxacaq. Allsport.az xəbər verir ki, sabah ölkə çempionatı çərçivəsində “Sion”un qonağı olacaq Bern təmsilçisinin beş futbolçusu zədədən əziyyət çəkir.

Bunlar Loris Benito, Aleksandr Qendt, Seku Sanoko, Taulyant Seferi və Renato Şteffendir. Bu oyunçular “Qarabağ”la ilk oyunda da “Yanq Boyz”a kömək edə bilməmişdilər. Böyük ehtimalla onlar Bakıya da gətirilməyəcəklər.

Qeyd edək ki, “Yanq Boyz”la “Qarabağ” arasında Bakıda baş tutacaq cavab matçı avqustun 28-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.

Həmin kateqoriyadan