- Baxış sayı: 38
- 22 Noyabr 2024 16:28
- Baxış sayı: 91
- Noyabr 21, 2024
- 0
Bu gün İsveçrə çempionatında 6-cı turun oyunları keçirilib. Allsport.az xəbər verir ki, Avropa Liqasının pley-off mərhələsində Azərbaycan çempionu “Qarabağ”ın rəqibi olan “Yanq Boyz” da növbəti matçına çıxıb.
Bern təmsilçisi səfərdə “Sion”la qarşılaşıb. Matç qonaq komandanın 3:1 hesablı qələbəsi ilə başa çatıb. Hesabı 22-ci dəqiqədə Yuya Kubo açıb. Amma meydan sahibləri 46-cı dəqiqədə hesaba tarazlıq gətiriblər. 57 və 77-ci dəqiqələrdə fərqlənən Aleksandr Qonsaleslə Miraləm Süleymani “Qarabağ”ın rəqibinə qələbə qazandırıb. 81-ci dəqiqədə “Yanq Boyz”un futbolçusu Denis Zəkəriyyə ikinci sarı – qırmızı vərəqə ilə meydandan qovulsa da, bernlilərin 3:1 hesablı qələbəsinə mane olmayıb.
Qeyd edək ki, “Yanq Boyz” ölkə çempionatında hazırda 9 xalla 10 klub arasında 3-cü yerdə gedir. “Qarabağ”la bu klub arasında səfərdə keçirilmiş ilk oyun təmsilçimizin 1:0 hesablı qələbəsi ilə başa çatıb. Cavab görüşü isə avqustun 27-də Bakıda keçiriləcək.
“Yanq Boyz”un bu oyunda aşağıdakı heyətlə mübarizə aparıb: Yvon Landri Mvoqo, Floren Haderqyonay, Stiv fon Bergen, Yan Leçyaks, Qreqori Vyutrix (Alen Roşa, 72), Leonardo Bertone, Miraləm Süleymani (Skott Satter, 82), Denis Zəkəriyyə, Aleksandr Qonsales, Yuya Kubo, Gilom Oaro (Milan Qayiç, 86).