- Baxış sayı: 39
- 16 Dekabr 2025 11:51
- Baxış sayı: 45
- Dekabr 16, 2025
- 0

İsveçrənin “Yanq Boyz” klubunun kapitanı Stiv fon Bergen Avropa Liqasının pley-off mərhələsi çərçivəsində “Qarabağ”a qarşı keçirdikləri ilk oyunu şərh edib. Allsport.az xəbər verir ki, o, 0:1 hesabıyla uduzduqları qarşılaşmadan sonra bunları söyləyib:
“Nə baş verdiyini anlaya bilmirik. “Qarabağ”la oyunda sadəcə, aciz vəziyyətə düşmüşdük. Meydançada sanki nəfəsimiz çatmırdı. Köməksiz görünürdük. Ancaq dərhal toplarlanmalıyıq. Cütün taleyi hələ həll olunmayıb. Düzdür, cavab görüşünə çox az vaxt qalıb. Amma hər şey özümüzdən asılıdır. Məncə, Bakıda qələbə qazanıb, mərhələ adlaya bilərik”.