- Baxış sayı: 38
- 22 Noyabr 2024 16:28
- Baxış sayı: 91
- Noyabr 21, 2024
- 0
Avroliqanın pley-off mərhələsində “Qarabağ”ın rəqibi olmuş “Yanq Boyz”un keçmiş baş məşqçisi Uli Forte İsveçrə mətbuatına açıqlama verib. Allsport.az saytı xəbər verir ki, italiyalı mütəxəssis, “sarı-qaralar”dan qovulmasının ona qarşı haqsızlıq olduğunu bildirib:
“Mən Bernə gələndə komanda 7-ci yerdə idi. Həmin mövsümü 3-cü pillədə bitirdik. Ötən mövsüm isə 2-ci yeri tutduq. O ki qaldı cari mövsümə, razıyam, uğurlu start götürmədik. Ancaq ilk 3 turda heç-heçə etmişdik və məğlubiyyətimiz yox idi. Çempionlar Liqasının seçmə mərhələsində Fransa nəhəngi “Monako”ya uduzduq. Yəni, qovulmağımı şərtləndirən bir şey yox idi.
Məndən sonra bu postu tutan Qamperle qısa müddətdə sehrbazlıq edə bilməzdi. Nəticədə komanda “Qarabağ”a da məğlub oldu. Etiraf etmək lazımdır ki, Azərbaycan klubu çox güclüdür və bu mərhələni asanlıqla keçdi. Sözümün canı odu ki, Avrokubokda qrupa qədər irəliləyə bilməməyimizi rüsvayçılıq adlandırmaq doğru olmaz. Sadəcə, həm “Monako”, həm də “Qarabağ” amilini nəzərə alsaq, deməliyəm ki, püşk “Yanq Boyz”un üzünə gülmədi”.