- Baxış sayı: 608
- 27 Noyabr 2025 13:51
- Baxış sayı: 147
- Dekabr 04, 2025
- 0

Oktyabrın 30-da gənclər və idman nazirinin müavini Fərhad Hacıyev, Yaponiyanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Vatanabe Katsuya ilə görüşüb.
Allsport.az xəbər verir ki, görüş zamanı gələn il Bakıda keçiriləcək sumo üzrə dünya çempionatı, Bakı – dünyanın “İdman paytaxtı” çərçivəsində Yaponiyadan idman həvəskarlarının ölkəmizə cəlb edilməsi, birgə təlim-məşq toplanışlarının təşkili və digər məsələlər müzakirə olunub.
Görüşdə nazirliyin idman şöbəsinin müdiri Elnur Məmmədov, beynəlxalq əlaqələr şöbəsinin müdiri Zərifə Zülfüqarova və səfirliyin birinci baş katibi Taiçi Tsuçiya iştirak ediblər.