- Baxış sayı: 435
- 02 Dekabr 2025 22:30
- Baxış sayı: 51
- Dekabr 05, 2025
- 0

“Yaunde–2025” İslam həmrəyliyi oyunlarının təftiş komissiyasının sədri Çingiz Hüseynzadənin Kameruna səfəri davam edir. Allsport.az saytı xəbər verir ki, o, dünən baş nazir Jozef Nqute ilə görüşüb. Söhbət zamanı ölkənin beynəlxalq idman tədbirinə hazırlıq prosesi müzakirə olunub.
Baş nazir İslam oyunlarının Kamerunda keçirilməsinin ölkəsi üçün əhəmiyyətli olduğunu vurğulayıb. Bunun üçün Yaunde şəhərində idman və qonaqlama infrastrukturu yenilənir, təmir və bərpa olunur.
2025-ci ildə VI İslam həmrəyliyi oyunlarına Kamerunun ev sahibliyi etməsi planlaşdırılır. Məhz bununla əlaqədar olaraq “Yaunde–2025” İslam həmrəyliyi təftiş komissiyası ölkədə beynəlxalq idman tədbirinə hazırllq prosesini araşdırır.