- Baxış sayı: 23
- 05 Dekabr 2025 11:45
- Baxış sayı: 147
- Dekabr 04, 2025
- 0

“Neftçi” premyer liqanın II turunda səfərdə “İmişli” ilə heç-heçə edib – 0:0.
Allsport.az xəbər verir ki, oyundan “ağ-qaraların” baş məşqçi Samir Abbasovun mətbuat konfransı keçirilib:
“Azarkeşlərimizə təşəkkür edirəm. Zəhmət çəkib o qədər yol gəldilər, bizi sonadək dəstəklədilər. Təəssüf ki, onları sevindirə bilmədik. İlk oyunda da heç-heçə etmişdik. Yenə cəmi 1 xal qazanıb, 2 xal itirdik. Birinci hissədə çox sönük oynadıq, ikinci hissədə isə əlimizə düşən imkanlardan yararlana bilmədik. İlk matçımızdan sonra klubun müşahidə şurası, rəhbərliyi bizə çox böyük dəstək göstərdilər. Başa düşürük ki, nəticə ürəkaçan deyil, amma yeni komandayıq. Yaxşı işlər bacaracağımıza inanırıq. Gələcəkdə bir-birini daha da yaxşı anlayan və çox yaxşı işlər görməyə layiq olan bir komanda görəcəyik. Buna şübhəmiz yoxdur”.