- Baxış sayı: 604
- 26 Yanvar 2026 09:09
- Baxış sayı: 154
- Fevral 02, 2026
- 0

Tokio-2020-dən sonra, bütün zamanların ümumi medal sıralaması dərc olunub. Allsport.az saytı xəbər verir ki, siyahıda 1896-cı ildən başlanan müasir yay olimpiya oyunlarında fərqlənən komandalar yer alıb.
Cədvəldə ölkələr yarışda iştirak etdiyi vaxtda adlandığı kimi göstərilib. İndiyədək 15 min 683 medal sahibini tapıb. Bunun 5116-sı qızıl, 5080-i gümüş, 5487-si bürüncdür.
Debütü 1996-cı ildə gerçəkləşən və 7 olimpiadaya qatılan Azərbaycan sıralamada 63-cüdür. İdmançılarımız 7 qızıl, 14 gümüş və 28 bürünc medal qazanıblar.
İndiyədək 154 komanda hesabına mükafat yazıb. ABŞ 1-ci, SSRİ 2-ci, Böyük Britaniya 3-cüdür.