“Yeni Mayk Tayson”: MMA döyüşçüsü rəqibinin qulağını qanatdı – VİDEO

Slovakiyalı MMA döyüşçüsü Pavol Vasko Çex respublikasının Brno şəhərində keçirilən “Clash 15” turnirində rəqibi Vatslav Mikulasekin qulağını dişləyib.

Allsport.az xəbər verir ki, insident “qaydasız döyüş” formatında keçirilən əsas qarşılaşmanın ilk saniyələrində baş verib. Vasko rəqibinin sol qulağını dişləyərək qanatdığı üçün dərhal diskvalifikasiya olunub. Hadisədən qəzəblənən azarkeşlər və Mikulasekin komanda üzvləri oktaqona hücum ediblər. Vasko arenanı tərk edərkən ona müxtəlif əşyalar, o cümlədən stullar atılıb.

Stullardan biri idmançının başına dəysə də, o, mühafizənin müşayiəti ilə ərazidən uzaqlaşa bilib.

Həmin kateqoriyadan