- Baxış sayı: 47
- 06 Mart 2026 22:52
- Baxış sayı: 256
- Mart 05, 2026
- 0

“Neftçi” bu gün yeni mövsümün hazırlığına start verib. Allsport.az saytı xəbər verir ki, toplanışının ilk günü “Neftçi” futbol mərkəzində bir məşqlə yekunlaşıb.
Hazırlığın ilk mərhələsi iyulun 14-dək Bakıda, 2-ci mərhələsi iyulun 15-dən avqustun 2-dək Polşanın Keltse şəhərində olacaq. “Binkovski” mehmanxanasında məskunlaşacaq “ağ-qaralar” orada 4 yoxlama görüşü keçirəcək.