- Baxış sayı: 24
- 15 Yanvar 2026 19:37
- Baxış sayı: 40
- Yanvar 15, 2026
- 0

UEFA və Britaniya ölkələrinin futbol federasiyaları (İngiltərə, Şotlandiya, Uels və Şimali İrlandiya) ofsayd qaydasının dəyişdirilməsi ilə bağlı təklif olunan “Venger qaydası”na qarşı çıxıblar.
Allsport.az xəbər verir ki, FİFA-nın qlobal futbolun inkişafı şöbəsinin rəhbəri Arsen Vengerin irəli sürdüyü bu radikal dəyişiklik yanvarın 20-də Londonda keçiriləcək İFAB iclasında müzakirə ediləcək.
Vengerin təklifinə əsasən, hücumçu yalnız bədəninin bütün hissələri sonuncu müdafiəçini qabaqladıqda ofsayd sayılmalıdır. Lakin UEFA və tərəfdaşları bunun futbolun taktiki balansını pozacağını və komandaları daha dərindən müdafiə olunmağa məcbur edəcəyini iddia edirlər. Alternativ olaraq, ofsaydın yalnız bədənin gövdə hissəsinə görə müəyyən edilməsi (ayaqlar və başın nəzərə alınmaması) təklif olunur. Yeni qaydanın 2026-cı il dünya çempionatından əvvəl tətbiqi gözlənilmir, çünki o, hələ geniş sınaqlardan keçməlidir.