Yenidən Azərbaycanda

“FİFA series” turniri növbəti dəfə Azərbaycanda təşkil olunacaq. 

Allsport.az xəbər verir ki, bu barədə FİFA prezidenti Canni İnfantino sosial şəbəkə hesabında paylaşım edərək məlumat verib.

Canni İnfantinonun paylaşımını diqqətinizə çatdırırıq:

“2026-cı ilin mart və aprelində beynəlxalq oyunlar pəncərəsi çərçivəsində “FİFA Series” turnirinin ilk genişmiqyaslı təşkilini təsdiqləməkdən məmnunam. 2024-cü ilin martında keçirilmiş pilot turnirin uğuruna əsaslanaraq, bu layihə müxtəlif qitələrdən olan milli komandalara ənənəvi konfederasiya sərhədlərindən kənarda yarışmaq və əlaqə qurmaq üçün unikal platforma təqdim edir.

Kişilər arasında “FİFA Series” turniri Avstraliya, Azərbaycan, İndoneziya, Qazaxıstan, Mavriki, Puerto-Riko, Ruanda və Özbəkistanda keçiriləcək. Qadınlar arasında “FİFA Series” isə debütünü Braziliya, Fil Dişi Sahili və Tailandda keçiriləcək oyunlarla edəcək. Bundan əlavə FiFA-nın digər üzv assosiasiyaları da ev sahibliyi etmək niyyətlərini açıqlayıblar.

2024-cü ildə “FİFA Series” turnirinə ev sahibliyi edən ölkələrdən biri də Azərbaycan olub.

Həmin kateqoriyadan