- Baxış sayı: 41
- 20 Yanvar 2026 20:43
- Baxış sayı: 55
- Yanvar 20, 2026
- 0

“Rotor”un əfsanəvi futbolçusu Valeri Yesipov kluba qayıdıb.
Allsport.az xəbər verir ki, o, məşqçi və skaut təyin edilib.
54 yaşlı mütəxəssisin son iş yeri 2023-cü ilə qədər rəhbərlik etdiyi “Qızıldaş” olub. Yesipov əvvəllər “Znamya Truda”, “Rubin Yalta”, “Salyut” və “Tambov”da da çalışıb. 2017-ci ildə o, “Rotor”un meneceri olub.
Futbolçu kimi Yesipov 12 mövsüm ərzində “Rotor”da 401 oyun keçirib, 95 qol vurub və 54 məhsuldar ötürmə edib.