Yeniyetmə ağırlıqqaldıranların ölkə birinciliyi sona yetib

Şüvəlan qəsəbəsində Ağır Atletika Akademiyasında 17 yaşadək yeniyetmə oğlanların Azərbaycan birinciliyi sona çatıb. Allsport.az saytı xəbər verir ki, yarışın axırıncı günündə qalan 5 çəkidə qaliblər bilinib. Gərgin mücadilədə Elməddin Hüseynov (69 kq; 109+132), Füqan Əliyev (77 kq; 125+150), Tarmenxan Babayev (85 kq; 137+170), Nəsib Yusifov (94 kq; 50+60) və Həsənbəy Həsənzadə (+105 kq; 133+162) 1-ci yer tutublar.

Yarışda ölkənin bütün şəhər və rayonlarından idman cəmiyyətləri, klubları, mərkəzləri, UGİM-lərini təmsil edən 150-yə yaxın gənc atlet iştirak edib. Birinciliyin keçirilməsində məqsəd ölkənin ən güclü yeniyetmə atletlərinin müəyyən edilməsi, ağır atletika idman növünün təbliğ və inkişaf etdirilməsi, dostluq əlaqələrinin möhkəmləndirilməsi, idmançıların ustalıq səviyyəsinin artırılması, həmçinin qarşıdakı beynəlxalq yarışlara hazırlıq və seçimdir.

Həmin kateqoriyadan