Yeniyetmə ağırlıqqaldırma yığmamızdan dünya birinciliyində uğurlu start

ABŞ-ın Las-Veqas şəhərində yeniyetmə ağırlıqqaldıranların dünya birinciliyi start götürüb. Allsport.az saytı xəbər verir ki, 50 ölkədən 200-dən çox idmançının mübarizə apardığı yarışda bizimkilər də iştirak edirlər. İlk olaraq körpücük üzərinə Ömər Cavadov (55 kq) çıxıb.

O, birdən qaldırmada hər 3 yanaşmasını uğurla yerinə yetirərək “kiçik bürünc” medal qazanıb. Bu, Azərbaycan yeniyetmələrinin dünya birinciliklərində 7 illlik fasilədən sonra əldə etdiyi ilk medaldır. Sonuncu dəfə 2012-ci ildə Slovakiyanın Koşitse şəhərində keçirilən yarışda Azər Məmmədli (+94 kq) nail olmuşdu.

Ömər təkanla qaldırma hərəkətində nisbətən zəif çıxış edərək 115 kq-ı başı üzərinə qaldırıb. O, bu hərəkətdə 9-cu yeri tutub. Toplam 211 kq (96+115) nəticə göstərən Cavadov yekun sıralamada 4-cü olub.

Həmin kateqoriyadan