- Baxış sayı: 101
- 20 Noyabr 2025 19:37
- Baxış sayı: 57
- Dekabr 05, 2025
- 0

Bu gün Şüvəlan qəsəbəsində Ağır Atletika Akademiyasında 15 və 17 yaşadək yeniyetmə oğlanların Azərbaycan birinciliyi başlayıb.
Allsport.az saytı xəbər verir ki, gərgin mübarizədə ilk yaş qrupunda qalib adlarını Kamil Nəbiyev (62 kq; 78+100), Murad Əliyev (69 kq; 101+115), Yaşar Mamayev (77 kq; 104+119), Əli Şükürlü (85 kq; 113+140), Əli Quliyev (94 kq; 115+135), Moşe Otaraşvili (105 kq; 60+70) qazanıblar.
17 yaşlılarda Ömər Cavadov (50 kq; 86+105), Sale Alxasov (56 kq; 87+110), Rüstəm Qasımov (62 kq; 110+140) 1-ci yer tutublar. Bu qrupda mücadiləyə sabah yekun vurulacaq.