- Baxış sayı: 72
- 19 Mart 2026 16:25
- Baxış sayı: 110
- Mart 27, 2026
- 0

Serbiyanın Novı Sad şəhərində yeniyetmə badmintonçuların beynəlxalq turnirində millimiz uğurlu çıxış edib. Allsport.az saytı xəbər verir ki, 13 yaşadək qızların şəxsi yarışında Leyla Camalzadə 3-cü yer tutub. O və Nəzrin Mehrəlizadə cütü qoşada da bürünc medal qazanıblar.
Turnirdə həmçinin Ülvi Hüseynov, Nərmin Hüseynova, Emil Akçurin, Anar Hüseynov, Əminə İsmayılova və Ayxan Kərimzadə U-13 və U-15 yarışlarında müxtəlif kateqoriyalar üzrə çıxış ediblər.