- Baxış sayı: 30
- 24 Noyabr 2024 12:59
- Baxış sayı: 98
- Noyabr 21, 2024
- 0
Abşeron olimpiya idman kompleksində 2001-2002-ci illər təvəllüdlü samboçular arasında Bakı birinciliyi keçirilib.
Allsport.az saytı xəbər verir ki, gərgin mübarizədə Kənan Zeynallı (48 kq), Sahib Babayev (52 kq), Elvin Əliyev (58 kq), Kənan Rüstəmli (60 kq), İlkin Şəkiyev (65 kq), Təbriz Səyyadov (70 kq), Ağalı Məmmədov (75 kq), Cahangir Məmmədov (81 kq), Kənan İsgəndərli (87 kq), Orxan Məcidli (+87 kq) 1-ci yer tutublar.
Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə keçirilən birincilikdə 10 çəki dərəcəsində 137 idmançı qüvvəsini sınayıb. Yarışda fərqlənənlər BŞGİBİ tərəfindən mükafatlandırılıblar.