- Baxış sayı: 43
- 19 Dekabr 2024 20:49
- Baxış sayı: 162
- Dekabr 18, 2024
- 0
Slovakiyanın Banska Bistritsa şəhərində Avropa yeniyetmələrinin yay olimpiya festivalı çərçivəsində Azərbaycan guşəsinin rəsmi açılışı olub. Allsport.az saytı xəbər verir ki, tədbiri əlamətdar edən daha bir məqam festivalın tarixində 2-ci dəfə olimpiya mədəniyyəti və təhsil proqramının (OCEP) pavilyonunun qurulmasıdır. 28 ölkənin iştirak etdiyi OCEP pavilyonunda Azərbaycanı Slovakiyanın 2 qardaşlaşmış məktəbi şagirdləri təmsil ediblər.
Mərasimə MOK-un baş katibi Azər Əliyev, Avropa olimpiya komitəsinin icrayyə komitəsinin üzvü Liney Rut Halldorssdottır, Slovakiya olimpiya komitəsinin prezidenti Siekel Anton, Polşa olimpiya komitəsinin prezidenti Andrzej Krasnicki, Bakı şəhər təhsil idarəsinin müdiri Mehriban Vəliyeva, təhsil nazirliyinin məktəbdənkənar fəaliyyətin təşkili şöbəsinin sektor müdiri Hilal Salmanov, Azərbaycanın Avstriyadakı səfirliyinin nümayəndələri, idmançılar və başqa rəsmilər qatılıblar.