- Baxış sayı: 36
- 17 Mart 2026 22:36
- Baxış sayı: 278
- Mart 16, 2026
- 0

“Yuventus”un qapıçısı Mattiya Perin karyerasını yenidən “Cenoa”da davam etdirməyə yaxındır.
Allsport.az xəbər verir ki, artıq klublar arasında prinsipial razılıq əldə olunub.
33 yaşlı futbolçunun bu ay “qırmızı-mavilər”ə qoşulacağı gözlənilir. Danışıqların detallarına əsasən, Perin mütəmadi oyun təcrübəsi qazanmaq üçün yetirməsi olduğu kluba dönməyə müsbət yanaşır.
Perin 2010-2018 və 2020-2021-ci illərdə “Cenoa”da oynayıb.