- Baxış sayı: 86
- 23 Sentyabr 2024 10:30
- Baxış sayı: 97
- Noyabr 19, 2024
- 0
İranın İsfahan şəhərində zorxana və pəhləvan güləşi üzrə dünya kuboku keçirilib.
Allsport.az xəbər verir ki, təmsilçilərimiz uğurlu çıxışla yadda qalıblar.
İdmançılarımızdan Orxan Xanlarov (çərxi çəməni), Həsənalı Bayramov (səng) gümüş medal qazanıblar. Xəyyam Orucov (milsəngin), Orxan Xanlarov (çərxi tiz), Həsənalı Bayramov (kəbbadə), Xəyyam Orucov (milbazi) bürünc medala layiq görülüblər.
Komanda (Orxan Xanlarov, Xəyyam Orucov, Həsənalı Bayramov, Rəsul Səfərov, Nihat Qasımov, Elmir Səfərli) yarışında Azərbaycan gümüş medal qazanıb. Ümumi hesabda isə ölkəmiz üçüncü yeri tutub.