Yığmamız Antalyada birinci oldu

Gənclər və idman nazirliyinin dəstəyi ilə kulinariya üzrə gənclərdən ibarət yığma komanda (3 nəfər) noyabrın 21-dən 23-dək Antalyada keçirilən “The 6th İnternational Gastronomy and Culinary Stars Gathering, Game of Food Gastroantalya”da uğurla çıxış edib.

Allsport.az xəbər verir ki, fərdi yarışlarda Vüsal Musəvi üç qızıl, Qismət Məmmədov iki qızıl, Turan Cəfərov isə bir qızıl və bir gümüş medal qazanıblar.

Komandalar üzrə yarışda kulinariya üzrə gənclərdən ibarət yığma komanda Türkiyə, Qazaxıstan, Rusiya, Qırğızıstan və Şimali Kipr komandalarını məğlub edərək əsas kuboka layiq görülüb.

Həmin kateqoriyadan