Yüksək nəticə göstərən idmançılarla görüş

Martın 2-də gənclər və idman naziri Fərid Qayıbov yanvar və fevral ayları ərzində beynəlxalq yarışlarda yüksək nəticələr əldə etmiş idmançılarla görüşüb. Allsport.az saytı xəbər verir ki, Azərbaycan idman akademiyasında tədbir dövlət himninin səsləndirilməsi ilə başlayıb.

Ardınca idmançılarımızın beynəlxalq arenalarda qazandıqları nailiyyətləri yüksək dəyərləndirən nazir Fərid Qayıbov idmançıları və onların məşqçilərini təbrik edib. Sonra “Azərbaycan Respublikasının İdman ustası” dərəcəsinə layiq görülmüş şəxslərə müvafiq vəsiqə və döş nişanlarını təqdim edib.

Görüş zamanı ay ərzində beynəlxalq arenalarda qazanılmış nailiyyətləri əks etdirən videoçarx nümayiş olunub. Ardınca bir sıra idman növlərinin nümayəndələri çıxış etdikləri yarışlar və nəticələri barədə məlumat veriblər. Sonda nazir Fərid Qayıbov idmançılara qarşıdakı yarışlarda daha böyük uğurlar arzulayıb.

Həmin kateqoriyadan