- Baxış sayı: 41
- 20 Yanvar 2026 20:43
- Baxış sayı: 55
- Yanvar 20, 2026
- 0

AFFA-nın bayrağı altında təşkil edilən yüksək qızlar liqasında 2025/2026-cı illər mövsümünün püşkü atılıb.
Allsport.az saytı xəbər verir ki, AFFA-nın inzibati binasında keçirilən püşkatma mərasimində baş katib Cahangir Fərəcullayev çıxış edərək, turnirə qatılan komandalara uğurlar arzulayıb.
Sonra AFFA-nın qadın futbolu departamentinin rəhbəri Zümrüd Ağayeva çempionatın reqlamenti ilə bağlı məlumat verib.
Ötən mövsümlə müqayisədə komanda sayı 2 dəfə artırılıb. 12 komandanın iştirakı ilə çempionat iki dövrədən ibarət – ev-səfər prinsipi ilə dairəvi sistemlə keçiriləcək.
Yüksək qızlar liqasında I turun oyunları oktyabrın 9-12-də keçiriləcək.