- Baxış sayı: 44
- 06 Mart 2026 22:52
- Baxış sayı: 248
- Mart 05, 2026
- 0

“Atalanta” İvan Yuriçin baş məşqçi vəzifəsindən ayrıldığını açıqlayıb.
Allsport.az xəbər verir ki, tərəflər arasında müqaviləyə razılaşma əsasında xitam verilib.
Yayda Can Pyero Qasperininin “Roma”ya keçidindən sonra Berqamo təmsilçisinə keçən 50 yaşlı xorvatiyalı mütəxəssis 11 oyundan sonra istefaya göndərilib.
“Atalanta” “A” seriyasının turnir cədvəlində 13-cü yerdədir.