“Yuventus” azarkeşləri Lukakunu təhqir etdi

Dünən İtaliya kubokunun yarımfinalının 1-ci oyununda “Yuventus” “İnter”i qəbul edib (1:1).

Allsport.az xəbər verir ki, görüş Turindəki “Allianz arena”da olub.

Oyunun əlavə vaxtında hakim “Yuventus”un qapısına penalti təyin etdib. 

29 yaşlı belçikalı Lukaku bu nöqtəyə gəlib. O, zərbə vurmağa hazırlaşarkən ev sahiblərinin pərəstişkarları irqçi ifadələr işlədib, meymunların çıxardığı səsləri təqlid edib, qışqırıblar.

Lukaku 95-ci dəqiqədə penaltidən fərqlənərək hesabı bərabərləşdirib. O, qolu qeyd edərək, rəqib azarkeşləri susmağa çağıran jest göstərib.

Bundan sonra komandalar arasında münaqişə yaranıb və nəticədə Lukaku 2-ci sarı vərəqəni alaraq meydandan qovulub. Ondan sonra Xuan KuadradoSamir Handanoviç dava etdikləri üçün meydandan qovulublar.

Həmin kateqoriyadan