- Baxış sayı: 37
- 20 Yanvar 2026 20:43
- Baxış sayı: 52
- Yanvar 20, 2026
- 0

İtaliyanın “Yuventus” müdafiəçisi Pyer Kalulu ilə bağlı transfer təkliflərini rədd edib.
Allsport.az xəbər verir ki, fransalı futbolçuya “Mançester Yunayted”, “Aston Villa” və “Tottenhem” klubları ciddi maraq göstərsə də, Turin təmsilçisi onun satılmayacağını bəyan edib.
İtaliya klubu 24 yaşlı müdafiəçinin transfer qiymətinin olmadığını və onun komandanın əsas heyət üzvü kimi qaldığını bildirib.
Pyer Kalulu cari mövsümdə “Yuventus”un heyətində bütün turnirlər daxil olmaqla 28 oyunda meydana çıxıb.