“Yuventus” seçim edəcək

“Yuventus” qapı xəttini gücləndirmək üçün yeni variantlar axtarır.

Allsport.az xəbər verir ki, Turin klubu hazırkı qolkiperi Mikel di Qreqorionun çıxışından məyus olub və onu daha yüksək səviyyəli bir adla əvəzləmək niyyətindədir.

“Qoca sinyora”nin prioritet hədəfləri olaraq Alisson (“Liverpul”) və Qulyelmo Vikario (“Tottenhem”) göstərilir.

Alissonun xeyrinə olan məqam onun “Liverpul”la müqaviləsinin 2027-ci ildə başa çatması və “Roma”da “Yuventus”un hazırkı baş məşqçisi Luçano Spalletti ilə birlikdə çalışmasıdır. Bununla belə, turinlilərin artıq Vikarionun ətrafı ilə də mümkün transferlə bağlı təmasa keçdiyi bildirilir.

Həmin kateqoriyadan