- Baxış sayı: 242
- 02 Oktyabr 2024 15:15
- Baxış sayı: 97
- Noyabr 19, 2024
- 0
Anar Xanlarov | anar_xanlarov@mail.ru
Əslində bir ölkənin ki, futbol çempionatının sponsoru mərc oyunları şirkətidir, həmin çempionatda hansısa ədalətdən, sağlam rəqabətdən danışmaq da çox qəliz məsələdir. Mən burda nə PFL-i, nə də Ramin Musayevi qınamaq fikrində deyləm. Bizdə bu və ya digər formada futbola pul qoymaq istəyən, çempionata, kuboka sponsorluq etmək niyyətində olan şəxslər yoxdu. Bəlkə də var, onların da qabağını kimlərsə kəsir. Amma fakt odur ki, sponsoru Topaz olan futbolda özbaşınalıq baş alıb gedir (Xaqani Məmmədovun qulağından iraq).
Ötən həftə “Neftçi” – “Qəbələ” kubok matçından sonra yazdığım yazıda da bildrmişdim ki, Aleksey Qaya qarşı aşkar kobudluğa göz yumulmasının nə “Qəbələ” ilə əlaqəsi var idi nə də “Neftçi” ilə. Həmin verilməyən penatinin səbəbləri çox ola bilərdi. Bu səbəblərdən biri kimi də “yuxarı”dan gələn sifarişi göstərmişdim. Yəni bu ehtimal mənə görə çox yüksək idi. Çünki Əliyar Ağayev FİFA referisidir və onun o epizodda aşkar penaltini yalnış görməsi (öz dili ilə desək) mümkün deyildi. Demək ki, ya qərəzli idi ya da sifariş yerinə yetirirdi. Dünənki “Qəbələ” – “Neftçi” matçı sübut etdi ki, kubokda verilməyən penalti həqiqətən də təsadüfdən daha çox sifarişə oxşayırdı.
Eyni sifariş güman ki, dünən də Rauf Cabbarova gəlmişdi. Neynirsən elə çalış “Qəbələ”nin könlünü al. Nəticədə Cabbarov bu dəfə də “Neftçi”nin haqqını yedi. İlk hissədə onların qapısına təyin etdiyi penalti ilə. Mənə görə, Antonovun epizodunun penalti ilə yaxından-uzaqdan əlaqəsi yox idi. Orada hər hansı çəkmədən, vurmadan, yıxmadan söhbət belə gedə bilməz. Kimsə deyə bilər ki, Ramos əlini Antonovun çiyninə qoydu. Əgər Cabbarov məhz həmin ələ görə penalti veribsə 2 saniyə öncə Antonovun Rahili aşkar şəkildə itələməsinə də cərimə verməli idi. Demək ki, məqsəd orda Antonovdan gedən əli yox, Antonova uzanan əli görmək idi. Yekunda yenə bir komandanın haqqı tapdalandı, yenə kobud hakim səhvi (səhv olduğuna yenə inanmıram) qeydə alındı. Birf sözlə, “yuxarılar” status-kvonu Qəbələdə bərpa etdi. Bu dəfə Rauf Cabbarovun əli ilə. Cabbarovda da o “dux” hardadı ki, gələn sifarişi geri çevirsin. Sizcə “Qəbələ”yə bu penalti lazım idi? Onların bu köməyə ehtiyacı var idi? Olmaz ki, bütün oyunlarda təmiz hakimlik olsun? Axı Bakıda o cür biabırçı qərar verib “Qəbələ”nin haqqına niyə girirdiniz ki, dünən də həmin haqqı qaytarmaq üçün “Neftçi”nin haqqını yeyəsiniz? Bu cür idarəçiliklə bizim futbolumuz hara gedir? Uçuruma? Mən qorxuram bu gedişatla biz uçurumdan da betər yerə gedək. Avrokuboklar başlasın futbolumuzun hansı səviyyəyə endiyini birlikdə görəcəyik.
Bu arada məni üzən daha bir məqam Roman Qriqorçukun dünənki oyundan sonra hakimlik haqda danışmamasıdır. Halbuki o, Antonovun epizodunda penalti olmadığını deməklə çoxlarının gözündə ucala bilərdi. Amma o, başqasına qarşı olan haqsızlığa biganə qaldı. Bəlkə də epizod onun həmyerlisi ilə olduğu üçün susmağa üstünlük verdi. Ancaq cənab Qriqotçuk bu cür etməməli idi. Necə ki, “Sumqayıt” – “Xəzər Lənkəran” matçından sonra “Xəzər Lənkəran”ın baş məşqçisi Elbrus Məmmədov “Sumqayıt”ın futbolçsuna göstərilən qırmızı vərəqənin yanlış olduğunu deyərək, hakimin səhvə yol verdiyini etiraf etmişdi…
Rekord.az