“Zəfər 5 il” könüllülər düşərgəsi

Oktyabrın 30-dan noyabrın 3-dək Quba olimpiya idman kompleksində gənclər və idman nazirliyi, gənclər fondu və “Nar”ın dəstəyi, Azərbaycan könüllü təşkilatları ittifaqının təşkilatçılığı ilə “Zəfər 5 il” könüllülər düşərgəsi keçirilib.

Allsport.az saytı xəbər verir ki, 150 gəncin iştirak etdiyi düşərgədə könüllülərin asudə vaxtlarının səmərəli təşkili məqsədilə peşəkar təlimçilər tərəfindən təlimlər keçirilib, Vətən müharibəsi qazilərinin iştirakı ilə panel görüşlər, komanda və intellektual oyunlar, həmçinin kreativ master-klaslar və vörkşoplar təşkil olunub.

Həmin kateqoriyadan