Zabit Səmədovdan azərbaycanlılarla çeçenlər arasında qalmaqala münasibət

Azərbaycanlı K-1 döyüşçüsü Zabit Səmədov Moskvada azərbaycanlılarla çeçenlər arasında baş verən qalmaqala münasibət bildirib. Allsport.az saytı xəbər verir ki, tanınmış kikboksçu öz İnstaqram səhifəsində bunu yazıb:

“Bizim əcdadlarımızın keçdikləri yol Qafqaz xalqları üçün igidlik nümunəsidir. Bizi həmişə hörmət etməyi, eləcədə din qardaşlarımıza və Qafqazda ərazisində yaşayan qardaşlarımıza kömək etməyi öyrədiblər

Bu gün biz Azərbaycan və Çeçen xalqları arasında ikitərəfli səmimi münasibətləri görürük, bu, bizim əcdadlarımızın münasibətlərinin nəsildən nəsilə davamıdır. Qürur hissi ilə deyə bilərəm ki, çeçenlər bizim qardaşlarımızdır, və Çeçenistanda da mənim xalqım haqda eyni fikirləri səsləndirilər”.

Qeyd edək ki, ötən gün Rusiya paytaxtında yerləşən “Neolit” restoranında
Azərbaycan və çeçenlər arasında bas vermiş mübahisə sonradan kütləvi dava-dalaşa səbəb olub.

Həmin kateqoriyadan