- Baxış sayı: 35
- 05 Dekabr 2025 23:20
- Baxış sayı: 35
- Dekabr 05, 2025
- 0

Konfrans liqasının III təsnifat mərhələsinin “Araz-Naxçıvan” – “Omoniya” oyunu öncəsi mətbuat konfransı keçirilib.
Allsport.az xəbər verir ki, muxtar respublika təmsilçisinin futbolçusu Qara Qarayev matç barədə danışıb:
“Yaxşı tonusdayıq. Ötən mərhələdəki qələbə komandaya yaxşı əhval-ruhiyyə bəxş edib. Oyuna hazırıq. Yaxşı bir komandaya qarşı çıxış edəcəyik. Ən ciddi və təhlükəli rəqiblə qarsilacağıq. Rəqib təhlil olunub. Çalışacağıq azarkeşlərimizi sevindirək. Sabah onları tribunada görmək istəyirik. Çünki azarkeşlər 12-ci oyunçudu.
Rəqibdə dəyişikliklər var. İndiki baş məşqçinin gəlişindən sonra yeni futbolçular cəlb olunub. Daha sürətli olmaları və anlaşmaları baxımdan seçilirlər. Hücum xətti və fəlsəfələri fərqlənir.
Bütün rəqiblərə hörmətlə yanaşırıq. Klub olaraq öz fəlsəfəmiz var, rəqibin adı önəmli deyil. Məqsədimiz, hədəfimiz var və ona çatmaq üçün hər şey edəcəyik. Kağız üzərində kimsə favoriti ola bilər, amma futbolda hər şey meydanda həll olunur.
Qrupa düşmək üçün böyümək lazımdır. Zamanında “Qarabağ” da addım-addım buna nail oldu. “Araz-Naxçıvan” olaraq qrupa vəsiqə qazanmağı nə qədər arzulasaq, istəsək də, zaman və təcrübə lazımdır. O istiqamətdə ilk addımı atmışıq.
Növbəti illərdə daha inamla irəliləyəcəyik”.