- Baxış sayı: 27
- 09 Fevral 2026 15:26
- Baxış sayı: 167
- Fevral 08, 2026
- 0

“Kəpəz” heyətini yenə gücləndirib. Allsport.az saytı xəbər verir ki, Gəncə klubu “Zaqatala”da çıxış edən Elçin Əlicanovu transfer edib. 22 yaşlı müdafiəçi ilə 1-illik müqavilə imzalanıb.
Yeni mövsümdə 1-ci divizionda mübarizə aparacaq “Kəpəz” öncə İbrahim Qədirzadə, Cavid İmamverdiyev, Bəhruz Teymurov, İlkin Həsənli, Müşfiq Nadirov, Nicat Süleymanov, Vüqar Həsənov və Tural Rzayevi heyətinə qatıb.