- Baxış sayı: 39
- 28 Noyabr 2024 23:42
- Baxış sayı: 130
- Noyabr 28, 2024
- 0
Premyer liqanın 11-ci turunda “Nefçti”ni 2:1 hesabı ilə məğlub edən “Keşlə”nin müşahidə şurasının rəhbəri Zaur Axundov oyundan sonra jurnalistlərə müsahibə verib. Allsport.az həmin müsahibəni təqdim edir:
– Komandada istək var idi. Belə nəticə gözləyirdiz?
– Bəli, futbolçular istəkli idi. Belə gərgin oyun olacağını gözləyirdik. “Neftçi” 2-ci, biz isə 3-cü yerdə idik. Futbol ictimaiyyəti də bu qarşılaşmanı səbirsizliklə gözləyirdi. Komandamı bu qələbə üçün təbrik edirəm. Hesabda geri düşdükdən sonra futbolçular toparlandı və əzmkar, layiqli qələbə qazandılar.
– Bu gün “Keşlə” nəyin sayəsində qalib gəldi?
– Ancaq hisslərin. Uşaqlarda o istəyi görürdüm. Necə ifadə edim bilmirəm, futbolçular özlərini tankın altına atdı. “Neftçi” tarixi, titullu komandadı. Bu rəqibə böyük hörmət edirik. Bu gün istək qalib gəldi.
– Oyunda komandalar arasındakı gərginliyə münasibətiniz necədi?
– Futbolda olan hadisələrdi. Hamısı oyunda qalır. Gözlənilirdi ki, gərgin anlar olacaq. Yarım saat keçsin, əsəblər sakitləşəndən sonra hamı bir-biri ilə görüşüb, barışacaq.
– “Keşlə” ikinci yerdə gedir. Bu yeri qorumağa heyətiniz yetərli olacaq?
– Heyət qışda güclənməlidi. Baş məşqçi də bunu deyib. Qışda transfer islahatı olacaq. Məşqçilər bununla bağlı çalışacaq. İndi ikinci dövrənin son üç turunu fikirləşərik.
– Bu qələbə ilə iddianızı ortaya qoydunuz?
– Mən daha öncəki müsahibəmdə də bildirmişdim ki, ilk 3 yerdən birində qərarlaşmaq, Avropa Liqasına yollanmaq istəyirik. Bu qələbə vacib idi. Maya çox qalıb, futbolda hər şey ola bilər. Üzərində işləməli olduğumuz məqamlar var idi, onlar da aradan qalxdı.
– Çempionluq uğrunda mübarizəyə qoşula bilərsiniz?
– Xeyr, hələ bu barədə düşünmürük (gülür). Heç ağlımdan da keçmir, məni düzgün başa düşün. Qələbələrimizi davam etdirək və yerimizi qoruyaq.
– Futzal millimiz DÇ-2022-nin elit mərhələsindəki qrupunu necə dəyərləndirirsiz?
– Ağır olacaq. Baş məşqçi Alesio Silva ilə görüşmüşəm. İstəyirik ki, ölkəmizi yenə dünya çempionatında təmsil edək.
– İddialara görə, böyük futbola gəlişinizdən sonra futzala qayğı göstərmirisiz.
– Tamamilə yalan fikirlərdi. Futbola futzalla gəlmişəm. Futzalı böyük futboldan az istəmirəm, həmişə qəlbimdədi. Belə xəbərlərə inanmayın.
– Bu qələbəyə görə “Keşlə” futbolçuları mükafatlandırılacaq?
– Danışmışdım ki, yaxşı nəticə olsa, mükafatınız olacaq.