Zaur Həşimov: “Bu qədər bərbad oynayacağımızı gözləmirdim”

Premyer liqanın 13-cü turunda “Qəbələ”yə 0:3 hesabı ilə uduzan “Zirə”nin baş məşqçisi Zaur Həşimov mətbuat konfransında fikirlərini bölüşüb.

Allsport.az xəbər verir ki, 38 yaşlı mütəxəssis məğlubiyyəti şərh edib:

“Sözün düzü, gözləyirdim ki, nəticəmiz yaxşı olmaya bilər. Eyforiya məsələsi ilə hardasa razıyam. Ancaq bu qədər bərbad oynayacağımızı gözləmirdim. Uşaqların “Keşlə” üzərindəki qələbəni unuda bilmədiklərini həftə içərisində də görürdüm. Kiçik bir uğurun ab-havasından çıxa bilməməyin nəticəsində bu gün böyük hesabla məğlub olduq. “Qəbələ”ni yaxşı tanıyıram. Müsahibəmdə də demişdim ki, bizi Qəbələdə çətin oyun gözləyir. Niassenin də transferi “Qəbələ”nin müdafiənin mərkəzindəki gücünü artırıb. Rəqibimiz bu gün qalib gəlməyə layiq idi. hesab daha böyük ola bilərdi. Onları təbrik edirəm”.

Həmin kateqoriyadan