Zaur Həşimov qələbəni şərh etdi

“Zirə”nin baş məşqçisi Zaur Həşimov Azərbaycan kubokunun 1/8 final mərhələsində “Qaradağ Lökbatan”a 4:0 hesabı ilə qalib gəldikləri matçda sonra keçirilən mətbuat konfransında fikirlərini bölüşüb.

Allsport.az xəbər verir ki, 38 yaşlı mütəxəssis vurduqları ilk qola qədər komandada psixoloji gərginliyin olduğunu da bildirib:

“Belə oyunlarda ən çətin məsələ futbolçuları matça kökləmək olur. Fikrimcə, bizdə də bu, pis  alınmadı. İlk qoladək bir qədər psixoloji gərginlik var idi. Hesabı açandan sonra işlər qaydasına düşdü, daha çox hücum etməyə başladıq. Bunun da nəticəsində bizi qane edən hesabla qələbə qazandıq”.

Həmin kateqoriyadan