- Baxış sayı: 39
- 22 Noyabr 2024 16:28
- Baxış sayı: 92
- Noyabr 21, 2024
- 0
Rusiyanın “Zenit” klubunun Azərbaycan əsilli hücumçusu Ramil Şeydayev Avstriya toplanışında “Qarabağ”a məğlub olduqları (0:1) oyunu şərh edib. Allsport.az saytı xəbər verir ki, o, klub televiziyasına açıqlamasında bunları söyləyib:
“Uduzduq. Ona görə də təəssüratlar o qədər də yaxşı deyil. İkinci hissədə topa yaxşı nəzarət etdik. Əlbəttə, mənim üçün Azərbaycan komandasına qarşı oynamaq maraqlı idi.
Rəqibin oyunu xoşuma gəldi. Topa yaxşı nəzarət edirdilər. Fərdi cəhətdən güclü futbolçuları var. Onlar mütəmadi olaraq avrokuboklarda çıxış edirlər. Onları izləyirəm”.