Zidanın yeni ünvanı

Məşhur fransalı sabiq futbolçu və hazırkı məşqçi Zinəddin Zidan Fransa millisinə baş məşqçi təyin olunmağa hazırlaşır. 

Allsport.az xəbər verir ki, o, artıq “üçrənglilər”in siyahısını təhlil edir və bəzi futbolçular üçün planlar qurur.

Bundan əvvəl mətbuatda Zidanın DÇ-2026-dan sonra Fransa millisinə rəhbərlik edəcəyi, millinin hazırkı çalışdırıcısı Didye Deşamın isə postunu tərk edəcəyi barədə məlumatlar yayılmışdı.

Zidan 2016-2018 və 2019-2021-ci illərdə “Real”a rəhbərlik edib. Bu müddətdə “kral klubu” onun rəhbərliyi altında 3 dəfə çempionlar liqasının qalibi olub, iki dəfə İspaniya çempionu olub, iki dəfə İspaniya superkubokunu qazanıb.

Həmin kateqoriyadan