- Baxış sayı: 43
- 05 Dekabr 2025 23:20
- Baxış sayı: 43
- Dekabr 05, 2025
- 0

Konfrans liqasının III təsnifat mərhələsinin püşkatma mərasimi keçirilib.
Allsport.az xəbər verir ki, turnirdə iştirak edən Azərbaycanın “Zirə”, “Sabah” və “Araz-Naxçıvan” klublarının potensial rəqibləri müəyyənləşib.
“Zirə” II təsnifat mərhələdə iki oyunun yekununda Xorvatiyanın “Hayduk” komandasını yenəcəyi təqdirdə “Atletik Eskaldes” (Andorra) – “Dinamo Siti” (Albaniya) cütünün qalibi ilə, “Araz-Naxçıvan” isə Yunanıstan “Aris”ini üstələyəcəyi halda “Omoniya” (Kipr) “Torpedo Kutaisi” (Gürcüstan) cütünün qalibi ilə, “Sabah” Moldova “Petrokub”unu keçərsə “Levski” (Bolqarıstan) – “Braqa” (Portuqaliya) cütünün məğlubu ilə üz-üzə gələcək.
Oyunlar avqustun 7-də və 14-də olacaq.