- Baxış sayı: 33
- 05 Dekabr 2025 23:43
- Baxış sayı: 50
- Dekabr 05, 2025
- 0

“Zirə” bütün turnirlər nəzərə alınmaqla tarixinin 400-cü oyununu keçirib.
Allsport.az xəbər verir ki, bu, Azərbaycan premyer liqasının XI turunun “Turan Tovuz”la ev matçına (0:0) təsadüf edib.
Əsası 2014-cü ildə qoyulan Bakı təmsilçisi indiyədək premyer liqada 315, ölkə kubokunda 39, birinci dəstədə 30, avrokuboklarda 16 oyun keçirib. Zirəlilər 178 qələbə qazanıb, 111 heç-heçə edib və 111 məğlubiyyət alıb. Topların fərqi 508-402-dir.
“Zirə” ilk oyununu 2014-cü il sentyabrın 7-də birinci dəstədə MOİK-ə qarşı keçirib və 1:0 hesablı qələbə qazanıb.