- Baxış sayı: 28
- 28 Noyabr 2024 23:42
- Baxış sayı: 117
- Noyabr 28, 2024
- 0
Premyer liqasının 2-ci turunun “Neftçi” ilə oyunu (1:0) daha 2 futbolçunun “Zirə”də debütü ilə əlamətdar olub. Allsport.az saytı xəbər verir ki, ilk turun “Səbail”lə qarşılaşmasında Elvin Camalovla Cavid Hüseynov, Boyan Zoqoviç, Anastasios Papazoqlu və Soni Norde ilk dəfə “qartallar”ın heyətində rəsmi matça çıxmışdısa, bu dəfə Miloş Bakraçıa Alvaro Ampuero buna nail olub.
Bununla da “Zirə”nin premyer liqa tarixində iştirak edən futbolçuların sayı 79-a çatıb. “Neftçi” ilə görüşədək bu rəqəm 77-yə bərabər idi. Son matçadək “Zirə”də 39 yerli və 38 əcnəbi fürsət qazanmışdı. Bakraçla Ampuero bu rəqəmi yubiley həddinə – 40-a çatdırıb.
Miloş klubun tarixində 3-cü monteneqroludur. Onadək Boyan Zoqoviçlə İqor İvanoviç bu ölkəni təmsil edib. Alvaro isə təkcə “Zirə” deyil, Azərbaycan çempionatlarının 27 illik tarixinə ilk perulu kimi düşüb. “Zirə”də bunadək 26 ölkədən legionçu oynamışdısa, Peru bu siyahıda 27-ci olub.