- Baxış sayı: 4
- 28 Noyabr 2024 20:48
- Baxış sayı: 92
- Noyabr 28, 2024
- 0
“Zirə”nin yay təlim-məşqinin planı bəlli olub. Allsport.az saytı xəbər verir ki, hazırlıq 2 mərhələdən ibarətdir. İlk toplanış Bakıda olacaq və 21 iyun – 19 iyulu əhatə edəcək. “Qartallar” bu müddətdə 4 yoxlama oyunu keçirəcək.
Komanda iyunun 29-da “Qəbələ”, iyulun 6-da “Sabah”, 13-də isə “Keşlə” ilə qarşılaşacaq. İyulun 19-daki rəqibin kimliyinə isə hələ aydınlıq gəlməyib.
Hazırlığın 2-ci hissəsi isə Türkiyədı olacaq. “Zirə” 20 iyul – 4 avqust aralığında Boluda məskunlaşacaq. Samir Abbasovun komandası burada da 4 sınaq matçı keçirəcək. Görüşlər 23, 26, 30 iyul və 3 avqustda nəzərdə tutulub.