- Baxış sayı: 25
- 05 Dekabr 2025 12:55
- Baxış sayı: 148
- Dekabr 04, 2025
- 0

“Roma” “Mançester Yunayted”in hücumçusu Coşua Zirkzini heyətində qatmaqda maraqlıdır.
Allsport.az xəbər verir ki, paytaxt təmsilçisi 24 yaşlı futbolçunu icarəyə götürmək istəyir.
“Qırmızı şeytanlar” niderlandlını 30 milyon avroya məcburi satınalma bəndi ilə buraxmağa hazırdır. Onunla “Milan” da maraqlanır.
Zirkzi 2025/26 mövsümündə “Mançester Yunayted”in heyətində beş oyunda iştirak edib və qol vura bilməyib. Onun müqaviləsi 30 iyun 2029-cu ilə qədərdir.