- Baxış sayı: 35
- 21 Noyabr 2024 19:21
- Baxış sayı: 92
- Noyabr 21, 2024
- 0
Ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü münasibətilə Xırdalanda və Astarada 7-ci “Zirvə” beynəlxalq uşaq oyunları davam edir. Allsport.az saytı xəbər verir ki, bu sınaqda 30-dan çox klubu təmsil edən 400-ə yaxın karateçi qüvvəsini sınayıb.
Müxtəlif çəki dərəcələrində və 5 yaş, 6-7 yaş, 8-9 yaş, 10-11 yaş və 12-13 yaş qrupları üzrə keçirilən yarışların qalib və mükafatçıları müəyyənləşib. Yarışda fərqlənənlərə medal, diplom və xüsusi hədiyyələr təqdim olunub.
“Zirvə” beynəlxalq idman klublarının təşkilatçılığı ilə keçirilən yarışlarda idmançılar ağırlıqqaldırma, atçılıq, basketbol, boks, cüdo, futbol və çimərlik futbolu, bədii gimnastika, idman gimnastikası, sərbəst güləş, yunan-Roma güləşi, karate, kartinq, kikboksinq, şahmat, taekvondo, tennis, üzgüçülük, çimərlik voleybolu və voleybol, badminton, atletika növlərində mübarizə aparırlar.
Mayın 28-dək davam edəcək “Zirvə” oyunlarının məqsədi Heydər Əliyev irsinin yaşadılması və gələcək nəsillərə çatdırılması, eyni zamanda, idmanın təbliği və inkişafı, idmançılar və məşqçilər arasında dostluq əlaqələrinin möhkəmləndirilməsi, atletlərin ustalıq səviyyəsinin artırılması və təkmilləşdirilməsi, məşqçi-müəllimlərin işlərinin qiymətləndirilməsidir.