- Baxış sayı: 52
- 29 Dekabr 2024 10:54
- Baxış sayı: 178
- Yanvar 19, 2025
- 0
Milli Qəhrəman Fəxrəddin Şahbazovun xatirəsinə ağırlıqqaldırma XIV Bakı açıq turniri keçiriləcək. Allsport.az xəbər verir ki, daim bu yarışa öz dəstəyini vermiş “Zirvə” öz ənənəsini yenə sadiq qalacaq. Turnir noyabrın 22-də klubun Masazırda yerləşən zalında keçiriləcək.
Bu arada Zirve İnternational Sport Clubs-un Bolqarıstanda da daxili çempionatı baş tutub. Yarışda “Smolyan-Zirvə” ilə yanaşı Xaskovodan “Byala Meçka”, Asenovqraddan “Asenovets”, Sopotdan “Samson”, Pazarcıqdan “Pazarcıq” və Kaloferdən “Kalofer” klubunun nümayəndələri iştirak ediblər.
Qaliblər 7 yaş qrupunda Sinkleyr cədvəli üzrə müəyyən edilib. “Smolyan-Zirvə” atletləri 2 qızıl və bir bürünc medal əldə ediblər. Onların göstərdiyi nəticələrə əsasən “Zirvə”nin final mərhələsi yarışında iştirak etmək hüququ əldə edib-etmədiyi müəyyənləşəcək.
“Smolyan-Zirvə” İK-nın çempionatı barədə xəbərlər Bolqarıstanın təxminən 20-yə yaxın KİV-i tərəfindən işıqlandırıb. Xüsusilə də yarışda yüksək təşkilaçtılıq qeyd edilib, ölkə ağır atletikasına verilən xeyir diqqətə çatdırılıb.