- Baxış sayı: 102
- 20 Noyabr 2025 19:37
- Baxış sayı: 51
- Dekabr 05, 2025
- 0
10-18 martda Türkiyənin Antalya şəhərində kişi və qadın ağırlıqqaldıranlar arasında İslam Həmrəyliyi İdman Federasiyalarının 3-cü çempionatı keçiriləcək. Allsport.az saytı zirve-ik.com-a istinadən xəbər verir ki, yarışda ölkəmizi 6 idmançı təmsil edəcək.
Kişilərin heyətində 5 ağır atlet yer alıb ki. Onlardan ikisi Məhəmməd Məmmədli (62 kq) və Elşad Şərifov (77 kq) “Zirvə” İdman Klubunun yetirmələridir. Digər 3 idmançı Allahyar Abışov (56 kq), Rauf Nəbiyev (69 kq) və Həmid Qocayevdir (85 kq).
Qadınların yarışında cəmi 1 atlet mübarizə aparacaq. Bu, “Zirvə”nin nümayəndəsi Elnarə Abbasovadır (58 kq).